http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qəbələdə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü həbs olunub

26 Dekabr 2022 , 16:15
Qəbələdə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü həbs olunub

Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sərxoş vəziyyətdə avtomobil idarə edərək özü ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücü saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən tədbirlər zaman “VAZ-2106” markalı avtomobili idarə edən sürücü, rayon sakini İlqar Seyidzadə qaydaları pozduğu üçün yol polisi əməkdaşı tərəfindən ona “saxla” işarəsi verilib.

Yoxlama zamanı onun sürücülük hüququ olmadan sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi aşkarlanıb. Həmin şəxs barəsində protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə İ.Seyidzadə 15 sutka inzibati həbs olunub.


Qeyd edək ki, İ.Seyidzadə cari il ərzində artıq ikinci dəfə sərxoş vəziyyətdə (birinci dəfə narkotik vasitənin təsiri altında) avtomobil idarə etdiyi üçün barəsində qanunamüvafiq tədbir görülüb. Onun sosial şəbəkə səhifələrində yol polisi əməkdaşları tərəfindən guya qanunsuz saxlanılması barədə səsləndirdiyi iddialar isə əsassızdır.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu