Millət vəkili: "Yaşıl iqtisadiyyata keçid kifayət qədər bahalı prosesdir"

Nərmin Qocamanlı
Millət vəkili: "Yaşıl iqtisadiyyata keçid kifayət qədər bahalı prosesdir"

"Azərbaycan COP29 vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində ölkələr arasında körpü rolunu oynayacaq".

"Operativ Media" xəbər verir ki, bunu COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda deyib.

"Azərbaycan bir çox tədbirlərə ev sahibliyi edib. Amma nüfunuza, miqyasına, siyasi əhəmiyyətinə görə COP29 bunların hər birindən böyükdür. Bu il Azərbaycan bu proseslərin mərkəzindədir. Bu həm də o deməkdir, bunun hər bir sahəyə təsiri olacaq və ölkəmizdə də hiss olunacaq. Tədbirin Azərbaycanda keçirilməsi bütün maraqların Azərbaycana cəmləşməsinə xidmət edəcək. COP layihələrinin əsas məsələsi dünyada baş verən iqlim dəyişikliyi ilə mübarizədə dövlətlərin bir araya gələrək öz üzərinə müəyyən öhdəliklər götürməsidir. Bu il COP29-un əsas mövzusu iqlimin maliyyələşdirilməsi olacaq. Yaşıl iqtisadiyyata keçid kifayət qədər bahalı prosesdir. Kiçik dövlətlər adətən deyirlər ki, biz iqlim dəyişikliyinin fəsadlarını hər gün daha da çox hiss edirik. Böyük, daha inkişaf etmiş dövlətlər söyləyirlər ki, maliyyənin ayrılması üçün müəyyən mexanizmlər yaradılmalıdır. Bütün bu müzahirələr illərdir ki, davam edir. Azərbaycan COP29 vasitəsilə bu prosesdə körpü yaradacaq. Bizim komandamızın əsas işi biznesləri, özəl sektorları, QHT-ləri, vətəndaş cəmiyyətlərini, xeyriyyə təşkilatlarını və s. bu prosesə cəlb etməkdir". 

Digər xəbərlər