Putin: Rusiyanın Özbəkistana qaz nəqli 11 milyard kubmetrə qədər artırılacaq
Nərmin Qocamanlı
Gələn il Rusiya qazının Qazaxıstan üzərindən Özbəkistana nəqlini 11 milyard kubmetrə çatdırmaq planlaşdırılır.
"Operativ Media"nın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Bu barədə Putin Özbəkistan lideri Şavkat Mirziyoyevlə görüşündə açıqlama verib.
Qeyd edək ki, Rusiya prezidenti mayın 26-da Daşkəndə səfər edib. Putin və Mirziyoyev Rusiya Federasiyası və Özbəkistan Respublikasının Regionlar Şurasının ilk iclasında iştirak ediblər.
İki ölkə liderləri ərzaq təhlükəsizliyi və əmək miqrasiyası, o cümlədən innovasiya, rəqəmsal texnologiya və süni intellekt sahəsində layihələri müzakirə ediblər.
Özbəkistan lideri əmək miqrasiyası məsələsinə xüsusi diqqət yetirildiyini qeyd edib. Onun sözlərinə görə, Putin bu həssas məsələdə həmkarını dəstəkləyib.
Teqlər:
"Putin: Rusiyan\u0131n \u00d6zb\u0259kistana qaz n\u0259qli 11 milyard kubmetr\u0259 q\u0259d\u0259r art\u0131r\u0131lacaq"