Litva Rusiyadan yumurta, ağac və heyvan idxalını qadağan edib

Nərmin Qocamanlı
Litva Rusiyadan yumurta, ağac və heyvan idxalını qadağan edib

Litva hökuməti iyunun 3-dən Rusiya və Belarusdan idxalı qadağan edilən məhsulların siyahısını təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, 2,8 mindən çox məhsulun siyahısına ət, balıq, süd, yumurta, bal, fındıq, qəhvə, çay, kakao, spirtli içkilər, diri heyvanlar, ağaclar və digər bitkilər daxildir.

Bundan əlavə, Litva hökuməti ölkənin Ədliyyə Nazirliyinin Rusiya ilə 1992-ci ildən qüvvədə olan mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında beynəlxalq müqaviləyə xitam verilməsi təklifini də təsdiqləyib. Nazirlik sazişin ləğvi qərarını geosiyasi vəziyyətin dəyişməsi ilə izah edib.

Digər xəbərlər