27 Dekabr 2022, 09:53
Marketdə kərə yağı adı altında bitkitərkibli yağların satışa çıxarıldığı aşkarlanıb
Marketdə kərə yağı adı altında bitkitərkibli yağların satışa çıxarıldığı aşkarlanıb şəkil
Marketdə kərə yağı adı altında bitkitərkibli yağların satışa çıxarıldığı aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. 

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Sadıllı qəs., məh. E-3, sahə 19m ünvanında fəaliyyət göstərən “Nur” marketdə keçirilmiş planlı yoxlama zamanı kərə yağı adı altında bitkitərkibli yağların, həmçinin istifadə müddəti bitmiş qida məhsullarının, mənşəyi məlum olmayan müxtəlif çeşidli turşuların satışının həyata keçirildiyi, həmçinin qida məhsullarının saxlanması zamanı mal qonşuluğu qaydalarının pozulduğu aşkar edilib. Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və  icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Son xəbərlər
Quterreş İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
Ərdoğan Blinkenlə görüşüb
Türkiyə və Ermənistan nümayəndələri görüş keçirib
"Qarabağ" - "Elfsborq" matçının start heyətləri açıqlandı
Blinken Ankaraya səfər edib - FOTO
Bakıda 3 gün kitab festivalı keçiriləcək
FHN Kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Tramp Kapitoliya basqınında təqsirli bilinənləri əfv edəcək