Menyu

Abşeronda dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər müəyyən edilib

Nərmin Qocamanlı
Abşeronda dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər müəyyən edilib
1 dəq oxu

Abşeron rayonu ərazisində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər müəyyən edilib

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində 5 nəfərin 245 manat dəyərində məhsulunu, 125, 400, 50, 78 manat pullarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - B.Ağayev, T.Səmədov, R.Məmmədov və S.Hüseynov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər