Menyu

Sumqayıtda qanunsuz hasarlama işlərinin qarşısı alınıb

Nərmin Qocamanlı
Sumqayıtda qanunsuz hasarlama işlərinin qarşısı alınıb
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən "Operativ Media"ya verilən xəbərə görə, bu çərçivədə, Sumqayıt şəhərinin 9-cu və 13-cü mikrorayonlarının kəsişməsində fəaliyyət göstərən obyektin qarşısında müvafiq icazəverici sənədləri olmadan qanunsuz hasarlama işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilmiş hasar sökülüb.

Əlaqəli Xəbərlər