http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakıda muzeylərə giriş üçün ödəniş nə qədərdir?

30 May 2024 , 16:02
Bakıda muzeylərə giriş üçün ödəniş nə qədərdir?

Azərbaycanda fəaliyyət göstərən 233 muzey var. Bəs Bakıda muzeylərə giriş üçün ödəniş nə qədərdir?

“Operativ Media” bilet qiymətləri ilə bağlı araşdırma edib.

Ölkəmizin ən çox ziyarətçi qəbul edən Azərbaycan Milli Xalça Muzeyinin biletləri məktəbli və tələbələr üçün 3 AZN, yerli vətəndaşlar üçün 7 AZN (10 nəfərdən artıq qrup olduqda isə 5 AZN), əcnəbi vətəndaşlar üçün isə 10 AZN (10 nəfərdən artıq şəxs olarsa, 7 AZN) təşkil edir.

Milli Azərbaycan Tarixi Muzeyinə giriş üçün biletlər şagirdlər və tələbələr üçün 2 manat, yerli vətəndaşlar üçün 8 manat, xarici ölkə vətəndaşları üçün isə 15 manatdır.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini gəzmək istəyən yerli vətəndaşlar 2 manat, xaricilər isə 5 manat ödəniş etməlidirlər.

Müasir İncəsənət Muzeyinin giriş biletləri isə məktəblilər və uşaqlar üçün pulsuz, tələbələr üçün 2 manatdır. Standart biletin qiyməti isə 5 AZN təşkil edir.

Suraxanı Gəmi-Muzeyinə giriş 5 yaşadək uşaqlara qadağandır. Fərdi ziyarətçilər 5 manat, tələbə və məktəblilər isə 2 manat ödəniş edə buranı ziyarət edə bilərlər.

Azərbaycan İstiqlal Muzeyini ziyarət etmək istəyən uşaq və tələbələr 1 manat, yerli vətəndaşlar 2 manat, xaricilər isə 5 manat ödəyərək bilet əldə edə bilərlər.

Bundan başqa, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində uşaqlar, məktəblilər və tələbələr 0.50, yerli və xarici vətəndaşlar 2, Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarət etmək istəyən uşaqlar, məktəblilər və tələbələr 1, yerli vətəndaşlar 2, xaricilər isə 5 manata bilet ala bilərlər.

44 günlük Vətən müharibəsindən əldə edilən qənimətlərin sərgiləndiyi Hərbi Qənimətlər Parkına isə yerli vətəndaşlar 2, xarici vətəndaşlar isə 10 AZN ödəyərək daxil ola bilərlər.

Qeyd edək ki, Bakıda yerləşən muzeylərin əksəriyyəti həftənin bazar ertəsi günü fəaliyyət göstərmir.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu