Menyu

Bakı metrosunda bənövşəyi xətti üzrə inşa olunacaq bütün stansiyalar 7 vaqonluq olacaq

Nərmin Qocamanlı
Bakı metrosunda bənövşəyi xətti üzrə inşa olunacaq bütün stansiyalar 7 vaqonluq olacaq
1 dəq oxu

Bakı metropolitenində bənövşəyi xətt və bundan sonra inşa olunacaq bütün xətlərdə  stansiyalar 7 vaqonluq olacaq.

Bu barədə "Operativ Media"a "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, yaşıl xəttin Dərnəgüldən və Xətaidən sonra inşa olunacaq sahəsi 5 vaqonluq qatarlar üçün nəzərdə tutulacaq. Amma infrasturukturu məhz müasir dövrün tələblərinə uyğun olaraq olaraq tikiləcək. 

"Mavi və sarı xətlərdə də ən azı 7 vaqonluq qatarlar olacaq", - o, qeyd edib.

 

Sevinc İbrahimzadə

Əlaqəli Xəbərlər