Menyu

Səbail rayonunda nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Nərmin Qocamanlı
Səbail rayonunda nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, ev 8 ünvanında fəaliyyət göstərən “Luna Bistro” ictimai iaşə müəssisəsində yoxlama keçirilib.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, temperatur rejiminə əməl olunmadığı, qida məhsullarının yuyulması üçün ayrıca yuma çanağının quraşdırılmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Teqlər:

"S\u0259bail rayonunda n\u00f6qsanlar a\u015fkarlanan ictimai ia\u015f\u0259 m\u00fc\u0259ssis\u0259sinin f\u0259aliyy\u0259ti m\u0259hdudla\u015fd\u0131r\u0131l\u0131b"

Fotogalereya

Əlaqəli Xəbərlər