31 May 2024, 16:48
Yayda daşınmaz əmlak bazarında qiymətlər necə dəyişəcək?
Yayda daşınmaz əmlak bazarında qiymətlər necə dəyişəcək? şəkil
Yayda daşınmaz əmlak bazarında qiymətlər necə dəyişəcək?

Yay mövsümündə bəzi sahələrdə olduğu kimi, daşınmaz əmlak sahəsində də durğunluq yaranır. Bəs bu hal kirayə mənzil və bağ evləri, daşınmaz əmlakın satışı və s. kimi sahələrə necə təsir edəcək? Yay mövsümündə daşınmaz əmlak bazarında qiymətlərdə hansı dəyişiklik gözlənilir?

Mövzu ilə əlaqədar əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə “Operativ Media”ya deyib ki, yay aylarında evlərdə, xüsusən də mənzillərin qiymətində hər hansı bahalaşma gözlənilmir:

“Adətən yay aylarında mənzillərin qiyməti stabil olaraq qalır. Çünki vətəndaşlar ən çox istirahətə üstünlük verirlər və qiymətlərdə hər hansı bir dəyişiklik olmur. Lakin bağ evlərinin və torpaq sahələrinin qiymətlərində yay mövsümündə cüzi, təxminən 5 faizə qədər qiymət artımı müşahidə olunur”.

Ekspert hesab edir ki, bu il daşınmaz əmlakların qiymətində artım olmayacaq:

“Çünki artıq keçən il qiymətlərdə sıçrayışlı artım müşahidə olunub. Ona görə də bu il fərdi yaşayış evlərinin qiymətlərində də hər hansı ciddi qiymət artımının olacağını düşünmürəm. Kirayə bazarında da vəziyyətin eyni olacağı güman edilir. Kirayə bağ evlərinin qiymətində tələbindən asılı olaraq müəyyən qədər artım ola bilər. Xüsusən iyul-avqust aylarında məbləğdə 10 faizə qədərlik müvəqqəti artım gözlənilir. Amma daha yüksək qiymət artımı hesab edirəm ki, olmayacaq”.

Sevinc İbrahimzadə

Son xəbərlər
Xəzər dənizində zəlzələ olub
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək