Menyu

Asiya İnkişaf Bankı ilə dövlət-özəl əməkdaşlıq layihələri müzakirə edilib

Nərmin Qocamanlı
Asiya İnkişaf Bankı ilə dövlət-özəl əməkdaşlıq layihələri müzakirə edilib

Asiya İnkişaf Bankının nümayəndələri ilə İqtisadiyyat Nazirliyinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları arasında görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, Dövlət Xidmətinin məlumatına görə, görüşdə dövlət-özəl əməkdaşlıq layihələri, torpaqların təyinatına uyğun istifadəsi və qiymətləndirilməsi, sənaye zonalarının yaradılması ilə bağlı torpaqların müəyyənləşdirilərək ayrılması, inşaat sektorunun inkişafı, yaşıl binaların tikilməsinin əhəmiyyəti və digər məsələlər müzakirə edilib.

Məqsəd sadalanan sahələrdə innovativ texnologiyaların tətbiqi, şəhər və yaşayış məntəqələrinin ekoloji dayanıqlılığının təmin edilməsi ilə bağlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və gələcəkdə inkişaf etdirilməsidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər