Menyu

Sosial şəbəkədə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Əziz Əzizli
Sosial şəbəkədə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qadınlardan hədə-qorxu ilə pul tələb edən 35 yaşlı Samir Əmrahov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, saxlanılan şəxs sosial şəbəkədə tanış olduğu qadınlara özünü vəkil “Adil Həsənov” kimi təqdim edib, daha sonra onların şəkillərini fotomontaj vasitəsilə əxlaqsız formaya salaraq internet resurslarında yayacağı ilə hədələyib.

Bu üsulla zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitini ələ keçirib. Araşdırmalarla saxlanılan şəxsin Zərdab rayonunda da dələduzluq etdiyi məlum olub.

S.Əmrahov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər görən başqa şəxslər olarsa, polisə müraciət edə bilərlər

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər