Ağdamda məişət tullantıları ilə qalaqlanan ərazi təmizlənib
Nərmin Qocamanlı
Ağdamda nəzarət-profilaktiki tədbirləri davam etdirilir .
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı rayonun Qərvənd kəndində məişət tullantılarının qalaqlanması halı aşkarlanıb və həmin ərazinin təmizlənilməsi təmin olunub. Eyni zamanda, məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 14 nəfər barəsində protokol tərtib edilib.
Həmçinin, görülən tədbirlər zamanı vətəndaşlardan iki ədəd ov silahı götürülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net