Menyu

Ötən gün polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıb

Nərmin Qocamanlı
Ötən gün polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıb

Mayın 31 -də polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıb.

Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 13-də Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 31 yaşlı qadın, mayın 7-də Qusar rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 17 yaşlı oğlan, mayın 14-də Gədəbəy rayonunun Maarif kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi, mayın 17-də  Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 20 yaşlı qız, mayın 24-də Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 24 yaşlı oğlan, mayın 25-də Xətai rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 39 yaşlı kişi, mayın 27-də Saatlı rayonu ərazisində  itkin düşmüş kimi axtarışda olan 31 yaşlı kişi, mayın 29-da Binəqədi rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 35 yaşlı kişi, mayın 29-da Zaqatala rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 37 yaşlı qadın, mayın 29-da Şəmkir rayonunun  Abbaslı kəndi ərazisində  itkin düşmüş kimi axtarışda olan 43 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər