Menyu

Nazir: 2026-cı ilin sentyabrında Şuşa Real Məktəbində tədrisə başlanılması planlaşdırılır

Nərmin Qocamanlı
Nazir: 2026-cı ilin sentyabrında Şuşa Real Məktəbində tədrisə başlanılması planlaşdırılır

2026-cı ilin sentyabrında Şuşa Real Məktəbində tədrisə başlanılması planlaşdırılır. Burada əsasən incəsənət və mədəniyyət ixtisaslarının tədris edilməsi nəzərdə tutulub.

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. 

Obildirib ki, Şuşa Real Məktəbi Şuşanın həcm etibarilə ən böyük tarixi abidəsidir:

"Burada bərpa işi aparılır. Təmir işini də proqnozlaşdırmaq çətindir. Bu məktəb ali təhsil və orta ixtisas səviyyəsində təhsil müəssisəsi olacaq. Bura orta məktəb olmayacaq. Təhsil müəssisəsində ali təhsil istiqamətində peşəkar kadr hazırlığı həyata keçiriləcək. Şuşadakı bütün təhsil müəssisələrinin, o cümlədən bu məktəbin bu və ya digər formada Qarabağ Universiteti ilə əlaqəsi olacaq. Filial və ya kollec formasında ola bilər. İki ildən sonra Qarabağ Universitetinin fəaliyyətini qaydaya qoyduqdan sonra sizə daha çox şey deyə bilərik”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər