ETSN küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib
Nərmin Qocamanlı
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən narıncı və sarı xəbərdarlığa əsasən hazırda Bakıda və Abşeron yarımadasında və ölkənin bəzi rayonlarında güclü küləkli hava şəraiti hökm sürür.
ETSN-dən "Operativ Media"ya verilən məlumata görə, küləyin daha da güclənəcəyini nəzərə alaraq vətəndaşlardan ehtiyatlı davranmağı tövsiyə edirik.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki,
güclü küləklə müşayiət olunan hava şəraitinin fəsadlarından qorunmaq olduqca vacibdir və vətəndaşlarımızı bir daha maksimum dərəcədə diqqətli olmağa çağırırıq.
"İlk növbədə uşaqları küləkli havada nəzarətsiz buraxmamaq,
nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamamaq
gərəkdir.
Öncədən verilən xəbərdarlıqlara diqqət yetirərək
tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərinin altında dayanmayın."
Teqlər:
"ETSN k\u00fcl\u0259kli hava \u015f\u0259raiti il\u0259 ba\u011fl\u0131 v\u0259t\u0259nda\u015flara m\u00fcraci\u0259t edib"