Menyu

İsmayıllıda yol qəzasında 1 nəfər ölüb

Nərmin Qocamanlı
İsmayıllıda yol qəzasında 1 nəfər ölüb
1 dəq oxu

İyunun 1-də saat 18 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində “QAZ-53” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, hadisə nəticəsində “VAZ”ın sürücüsü, 2000-ci il təvəllüdlü Dəmirov Abuzər Azər oğlu aldığı xəsarətlərdən ölüb, avtomobildə olan digər iki sərnişin- 19 yaşlı Nurlan Dəmirov və 35 yaşlı Müşviq Abbasov xəsarət alıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər