Menyu

Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində  qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. 

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Gəncə, Daşkəsən, Gədəbəy, Şəmkir, Naxçıvan,Tərtər,Göygöl, Şəki, Ağdam, Naftalan, Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala, Qəbələ, Şahdağ, Balakən, Mingəçevir, Yevlax, Sarıbaş (Qax), Göyçay rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Zaqatala rayonuna  diametri 5 mm, Gədəbəy rayonunun Maarif, Qaradağ, Arıqdam kəndlərinə  8-10 mm, Düzyurd kəndinə  isə  6-8 mm  dolu düşüb.

Əvvəlcədən verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti  28 m/s, Naftalanda 20 m/s, Goranboyda 19 m/s, İsmayıllıda 18 m/s, Göygöldə 17 m/s təşkil edib.

Teqlər:

"\u015eim\u015f\u0259k \u00e7ax\u0131b leysan ya\u011f\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər