Menyu

İsti havaların səbəb olduğu fəlakətlər hansılardır?

Nərmin Qocamanlı
İsti havaların səbəb olduğu fəlakətlər hansılardır?

Havaların həddindən artıq isti keçməsi bütün dünyanın əndişəsinə səbəb olur. Hətta bəzi ölkələrdə temperaturun müsbət 40-50° olması ekoloji problemlərin carçısıdır və müəyyən tədbirlərin həyata keçirilməsini tələb edir.

Ekoloq Rövşən Abbasov  bu mövzuda fikirlərini “Operativ Media”ya bildirib və qeyd edib ki, qlobal istiləşmə həyatın bütün sahələrinə təsir.

O, bu cür istilərin uzunmüddət davam edəcəyi təqdirdə dünyada baş verə biləcək fəlakətlərdən danışıb:

“Qlobal istiləşmənin təsiri altında temperaturun getdikcə artması atmosfer yağıntılarının azalmasına səbəb olur. Bu isə öz növbəsində içməli və suvarma suyunun çatışmazlığına, eləcə də meşələrdə və digər ərazilərdə kütləvi yanğınların baş verməsinə səbəb olur. Həmçinin bu cəhətdən planetimizdə kəskin ərzaq böhranı yaşanmaqdadır, çünki istehsal olunan ərzağın 90 faizindən çoxu suvarma suyu hesabına başa gəlir. Son illər suvarma suyu qıtlığı ucbatından çoxlu konfliktlər yaranır. Kiçik fermerlərin çatışmayan sudan şikayətləri ərzağın tədricən bahalaşması ilə nəticələnir. Bununla yanaşı torpağın eroziyası baş verir. Bu da öz növbəsində torpağın istiləşmə nəticəsində quruması və dağlıq ərazilərdə bitki örtüyünün məhv olması deməkdir ki, belə şəraitdə həm də əkinə yararlı olan münbit torpaqlar tədricən sıradan çıxır və yox olur.”

Sevinc İbrahimzadə

Teqlər:

"\u0130sti havalar\u0131n s\u0259b\u0259b oldu\u011fu f\u0259lak\u0259tl\u0259r hans\u0131lard\u0131r?"

Əlaqəli Xəbərlər