Menyu

Bakı aeroportunda ilk FOD toplanma kampaniyası keçirilib

Nərmin Qocamanlı
Bakı aeroportunda ilk FOD toplanma kampaniyası keçirilib

Heydər Əliyev Beynəlxalq Aeroportunda ilk dəfə olaraq “Uçuşların təhlükəsizliyi həm də təmizlikdir!” şüarı ilə FOD (Foreign Object Debris/ Kənar Əşya Qalıqları) toplama kampaniyası həyata keçirilib.

"Operativ Media" Aeroporta istinadən xəbər verir i, FOD uçuş-enmə zolağlarında, sürmə yollarında və texniki xidmət sahəsində aşkar edilmiş, təyyarə üçün təhlükə yarada bilən hər hansı yad obyekt qalığıdır. Kampaniya çərçivəsində hava limanının əməkdaşları aviasiya xidmətlərinin digər nümayəndələri ilə Bakı aeroportunun uçuş-enmə zolağının, perron və ətraf ərazilərinin təmizlənməsi üçün bir araya gəliblər.

“Bu kampaniya gündəlik fəaliyyətləri zamanı aeroport ictimaiyyəti arasında uçuşların təhlükəsizliyi baxımından və ekoloji maarifləndirmə nümunəsi olaraq son dərəcə vacibdir. Digər tərəfdən isə əməkdaşlarımız arasında uçuşların təhlükəsizliyi mədəniyyətinin gücləndirilməsinə xidmət edir”, - deyə Bakı hava limanının Uçuşların Təhlükəsizliyi üzrə direktor müavini Elmir Quluzadə vurğulayıb.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu uçuşların təhlükəsizliyinə və ekoloji standartların qorunmasına töhvə verəcək bu təşəbbüsü gələcəkdə də həyata keçirməyi planlaşdırır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər