Menyu

Rayonlarda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Nərmin Qocamanlı
Rayonlarda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
1 dəq oxu

Azərbaycanda iyunun 3-4-də bəzi dağlıq və dağətəyi rayonlarda, 5-6-da isə əsasən gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bu barədə "Operativ Media"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Əlaqəli Xəbərlər