Menyu

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı açıqlanıb

Nərmin Qocamanlı
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı açıqlanıb

İyunun 7-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər