Menyu

Azərbaycanda qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində qanunvericilik təkmilləşdirilir

Nərmin Qocamanlı
Azərbaycanda qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində qanunvericilik təkmilləşdirilir
1 dəq oxu

Azərbaycanda qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində qanunvericilik təkmilləşdirilir.

"Operativ Media" xəbər verir ki, bu məsələ Ailə Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb. Layihə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 3-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.

Təqdim olunan qanun layihəsi qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.

Əlaqəli Xəbərlər