Bakıdan daha çox istiqamətə ucuz uçmaq mümkün olacaq
Nərmin Qocamanlı
Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Hava limanı istər klassik aviaşirkətlərlə, istərsə də loukosterlərlə əməkdaşlığı genişləndirməyə çalışır.
Turizm üzrə ekspert Elgün Babayev “Operativ Media”ya açıqlamasında bildirib ki, Azərbaycandan fəaliyyət göstərən loukosterlərin sayının artırılması bilet qiymətlərinə birbaşa təsir edə bilər:
“Azərbaycanda fəaliyyət göstərən loukosterlər bazarda əsaslı yer tutur. Bu gün İtaliya, Macarıstan və Ərəb ölkələrinə gedənlər daha çox Wizz air-lə uçur. Qiymət ucuz olduğundan insanlara loukosterlər sərf edir. Loukosterlərin sayının artırılması ölkəyə gələn turistlərin sayını artıracaq. Bununla yanaşı səyahətseverələr daha ucuz qiymətə səfər edə biləcəklər. Düşünürəm ki, loukosterlər digər aviadaşıyıcıların da qiymətinin enməsinə təsir edə bilər. Bölgələrdəki hava limanlarından istifadə edilsə qiymət daha da ucuz ola bilər. Əsas istiqamətlər Avropa ölkələri ola bilər”
Teqlər:
"Bak\u0131dan daha \u00e7ox istiqam\u0259t\u0259 ucuz u\u00e7maq m\u00fcmk\u00fcn olacaq"