Avropada qazın qiyməti ötən ilin ən yüksək səviyyəsinə qalxıb

Nərmin Qocamanlı
Avropada qazın qiyməti ötən ilin ən yüksək səviyyəsinə qalxıb

Norveçdən tədarükün kəskin azalması fonunda Avropada qaz qiymətləri 12%-dən çox artaraq 2023-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb.

"Operativ Media" xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

Ən yüksək səviyyədə, Hollandiyadakı TTF qaz qovşağında iyul fyuçers müqavilələrinin dəyəri 1000 kubmetr üçün 439 dollara yüksəlib. 

Norveçin Böyük Britaniyaya ixracatının üçdə birinin getdiyi İngiltərənin Easington terminalına qaz nəqli tamamilə dayandırılıb. Norveç operatoru "Gassco" obyektin və İngiltərədəki terminalın tezliklə bağlanacağını söyləyib. Rusiyanın boru kəməri tədarükü azaldıqdan sonra Norveç Avropanın əsas qaz tədarükçüsünə çevrilib. Aİ-də yüksək qaz ehtiyatlarına baxmayaraq, qiymət dalğalanmaları davam edir.

 

Digər xəbərlər