Menyu

Şagird yerdəyişməsi müvəqqəti olaraq dayandırılıb

Nərmin Qocamanlı
Şagird yerdəyişməsi müvəqqəti olaraq dayandırılıb

Bu gün saat 17:00-da www.sy.edu.az portalı vasitəsilə 2023–2024-cü tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılıb.

Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, 2024–2025-ci tədris ili üçün bir sıra ümumi təhsil müəssisələrinin II-IX siniflərində yaranmış boş yerlərə şagird qəbulu üzrə müsabiqəyə qeydiyyat prosesi də 3 iyun saat 17:00-da başa çatıb.

2024–2025-ci tədris ili üçün bir sıra lisey və gimnaziyalara qəbul üzrə mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə 13 iyun saat 15:00-a qədər davam edəcək.

Qeyd edək ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.

Teqlər:

"\u015eagird yerd\u0259yi\u015fm\u0259si m\u00fcv\u0259qq\u0259ti olaraq dayand\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər