Menyu

AMB və BVF pul siyasətinin transmissiyasının yaxşılaşdırılması ilə bağlı müzakirə aparıb

Nərmin Qocamanlı
AMB və BVF pul siyasətinin transmissiyasının yaxşılaşdırılması ilə bağlı müzakirə aparıb

Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordon ilə görüşüb.

“Operativ Media” xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov “X” sosial şəbəkəsində paylaşım edib.

“Beynəlxalq Valyuta Fondunun Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordon ilə görüşərək ölkəmizdə makroiqtisadi göstəriciləri və inkişaf perspektivlərini müzakirə etdik.

Görüş zamanı pul siyasəti hədəflərinə nail olunması vəziyyəti, pul siyasətinin transmissiyasının yaxşılaşdırılması və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi apardıq.

Həmçinin gələcək əməkdaşlıq və texniki yardım istiqamətləri ilə bağlı fikirlərimizi bölüşdük”, - Taleh Kazımov paylaşımda qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər