Menyu

Bakının iki rayonunda qaz olmayacaq

Nərmin Qocamanlı
Bakının iki rayonunda qaz olmayacaq

Bu gün Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən "Operativ Media"ya verilən məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbəsində və Xəzər rayonunun Binə qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə iyunun 4-də saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə "See Breeze" istirahət mərkəzinin, Nardaran bağlar massivinin, Maştağa Yeni Sahə adlanan ərazinin və Abşeron küçəsinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Bak\u0131n\u0131n iki rayonunda qaz olmayacaq"

Əlaqəli Xəbərlər