Menyu

Xətai rayonunda saxlanılan üç kuryerdən 11 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb

Nərmin Qocamanlı
Xətai rayonunda saxlanılan üç kuryerdən 11 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb

Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə paytaxt sakinləri Osman Məmmədov, Şəmsəddin Abdullayev və Elşən Əskərov saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, onlardan 11 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanıb. 

Hər üç şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməli imişlər. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir. 

Həmçinin, Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son bir ay ərzində keçirilən tədbirlərlə 57 fakt qeydə alınıb.

Qanunsuz dövriyyədən 34 kiloqram narkotik vasitə və psixotrop maddələr çıxarılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər