Menyu

Baş prokuror əmrlər imzalayıb

Nərmin Qocamanlı
Baş prokuror əmrlər imzalayıb

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

"Operativ Media" xəbər verir ki, bunu Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Elnur Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib

Baş prokurorun digər əmri ilə Ramiz Əliyev Füzuli rayon prokuroru vəzifəsinə təyin olunub.

Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimov Cəbrayıl rayon prokuroru vəzifəsinə təyin olunub

Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Teqlər:

"Ba\u015f prokuror \u0259mrl\u0259r imzalay\u0131b"

Əlaqəli Xəbərlər