Xəzərdən Avropaya “yaşıl enerji” axını müzakirə edilib - FOTO
Azərbaycandan qaz tədarükü və Xəzərdən Avropaya “yaşıl enerji” axınının perspektivləri dəyərləndirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" hesabında paylaşım edib.
“Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero ilə görüşdə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun gündəliyindəki mövzulara dair səmərəli müzakirələr apardıq. Avropanın enerji və iqlim hədəfləri müstəvisində qaza tələbat, Azərbaycandan qaz tədarükü və Xəzərdən Avropaya “yaşıl enerji” axınının perspektivləri, "yaşıl enerji" dəhlizi layihəsi üzrə əməkdaşlıqla bağlı məsələləri dəyərləndirdik”, - paylaşımda qeyd edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net