Menyu

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Nərmin Qocamanlı
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Dekabrın 27-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər