Ağsuda heyvan oğruları saxlanılıb
Nərmin Qocamanlı
Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Rəhimli kənd sakinləri gecə saatlarında onlara məxsus tövlələrdən xırdabuynuzlu heyvanların oğurlandığını bildiriblər.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törədən Nahid Tahiroğlu və qohumu İnqilab Səlimov saxlanılıb. Onlar oğurladıqları xirdabuynuzlu heyvanları Şamaxı rayonunda satdıqlarını, əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net