Qurban bayramında xaricə turların qiyməti nə qədər olacaq?

Nərmin Qocamanlı
Qurban bayramında xaricə turların qiyməti nə qədər olacaq?

Qurban bayramı münasibətilə 5 günlük tətili ölkə hüdudlarından kənarda keçirmək istəyənlərin sayı az deyil. Buna görə də bir çoxlarına xarici ölkələrə turların qiymətləri olduqca maraqlıdır.

Turizm şirkətlərindən birinin direktoru Şahmir Mutuxov "Operativ Media"ya açıqlamasında bildirib ki, Qurban bayramında həm Türkiyənin istirahət zonaları - Antalya, Alanya, Marmaris, Fətiyə, Bodrum, İzmir və İstanbul bölgələrinə, həm də digər ölkələrə tur paketlər var:

“Qiymətlər İstanbul və Dubay üçün 500-600 dollar civarındadır. Bir nəfər üçün qiymətlər 500 dollardan başlayır və  500  dollardan başlayır. 1000-1500-ə qədər dəyişir. Bu tur paketlərinə aviabilet, transfer, hoteldə gecələmə, səhər yeməyi və həmçinin qrup turlarında əlavə olaraq tur rəhbəri də olur. Antalyaya turlar isə 600-700 dollardan başlayır və 5-10 min dollara qədər arta bilir”.

Ş.Mutuxov qeyd edib ki, tur qiymətləri hotellərin qiymətlərindən asılı olaraq dəyişir.

Sevinc İbrahimzadə

Digər xəbərlər