Azərbaycan və ABŞ şirkətləri arasında əməkdaşlıq imkanlarını müzakirə edib
Nərmin Qocamanlı
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X"də bildirib.
Görüşdə Azərbaycanın karbohidrogen və yaşıl enerji sektorunun inkişafı, enerji infrastrukturunun maliyyələşdirilməsi, eləcə də bu sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
"Ölkəmizin 2024-cü il - "Yaşıl dünya naminə həmrəylik" ilində COP29 tədbirinə ev sahibliyinin əhəmiyyətini qarşılıqlı şəkildə vurğuladıq", - nazir qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net