05 İyun 2024, 17:17
İsti havalarda avtomobildə təhlükə yaradan əşyalar hansılardır?
İsti havalarda avtomobildə təhlükə yaradan əşyalar hansılardır? şəkil
İsti havalarda avtomobildə təhlükə yaradan əşyalar hansılardır?

Havaların temperaturu hər gün daha da artır. Məlum məsələdir ki, isti havalar təkcə insanlara deyil, eləc də avtomobillərə zərər verə bilir. Çox vaxt uzun müddət avtomobil günəşin altında qalmalı olur. Mütəxəssislər yay fəslində avtomobildə bəzi əşyaların təhlükəsini tez-tez vurğulayırlar.

Bəs isti havalarda avtomobildə saxlanılmaması lazım olan əşyalar hansılardır?

İlk növbədə yay vaxtı qızmar günəş altında qalan avtomobilin içində enerji bankı (powerbank) olmamasına diqqət yetirmək lazımdır. Çünki yay aylarında salonda temperatur 50 dərəcəyə qədər çata bilər. Bu şəraitdə hər hansı bir enerji təchizatının alışması riski var. Batareya, enerji bankı və ya telefon üçün təhlükəsiz temperatur isə maksimum 23-25 ​​dərəcə Selsidir.

Havanın temperaturu daha yuxarı qalxarsa, bu cihazlar qızmağa başlayır və onların içərisində yanğına səbəb ola biləcək kimyəvi reaksiya baş verir. Məsələn, bir enerji bankı çox güclü partlayıcı olan hidrogeni buraxa bilər. Bu isə avtomobildə yanğınla yanaşı, həm də partlayışa gətirib çıxartacaq. Eyni zamanda isti havalarda salonda alışqan saxlamaq da nəqliyyat vasitəsi üçün təhlükəldir.

Sevinc İbrahimzadə

Son xəbərlər
"Şamaxı" Cəlal Hüseynovu yola saldı
Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib
Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiyinə dair məlumatlar həqiqətə uyğun deyil - AÇIQLAMA
İsrail İranın Şiraz şəhərini bombalayıb
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb
TikTok-da yaşlı insanlarla bağlı etik sərhədlər aşılır – Sosioloq
Azərbaycan və BƏƏ sənaye sahəsində əməkdaşlığı müzakirə edib
HƏMAS: İsrailin İrana hücumu regional partlayışa səbəb ola biləcək təhlükəli hadisədir