Menyu

Kartlardan pul oğurlayanların seçdiyi 4 üsul hansıdır?

Nərmin Qocamanlı
Kartlardan pul oğurlayanların seçdiyi 4 üsul hansıdır?

Kibercinayətkarlıq günümüzün əsas problemlərindəndir. Daxili İşlər Nazirliyinin yaydığı gündəlik məlumatlarda mütləq kiberdələduzluğun qurbanları ilə bağlı faktlar olur.

Bəs hansı səhvləri etmək kart balansının sıfırlanmasına səbəb ola bilər?

“Operativ Media”ya açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəsis Elvin Cuvarov deyib ki, hazırda geniş yayılan 4 kiberdələduzluq üsulu var. Vətəndaşlar dələduzlara inanaraq minlərlə manat itirir:

“Ən geniş yayılmış dələduzluq üsulllarından biri piramida keysləridir. Özlərini “Amazon”, “Ebay” kimi şirkətlərin nümayəndəsi kimi təqdim edirlər. Adətən, bu şəxslər xarici nömrələrdən yazırlar. Guya yatırım etməklə və ya "Youtube" videolarına baxmaqla tapşırıq icra edirlər. Tapşırıq da bundan ibarətdir ki, 5 manat yükləyirsiniz əvəzində 10 manat geri götürürsünüz. Bu qayda ilə bir neçə dəfə sizə ödəniş olur. Bir müddət sonra məbləğ artır. Bir mərhələdən sonra pulu çıxartmaq mümkün olmur. Bu üsula inanıb minlərlərə manat ziyana düşən insanlar olur”.

Ekspertin sözlərinə görə, “Tinder” , “Tiktok”, “Facebook” və “Instagram” sosial şəbəkələri üzərindən fake profillərlə insanlara yazıb pul oğurlayanlar da az deyil:

“Aktual ssenarilərdən biri də tanışlıq saytlarında fake profillər yaratmaqla olur. Dələduzlar tanış olduğu şəxslərə linklər atırlar. Qurban şəxsdən bilet almağı xahiş edirlər. Kino, teatr və digər əyləncələr üçün yazırlar ki, bilet almaqda kömək edin. O saytlar isə saxta olur. Vətəndaş kart məlumatlarını yazandan sonra pulları oğurlanır. Əsasən həmin şəxslər rus dilində yazırlar. Diqqət etmək lazımdır ki, həmin saytlarda “Visa” və ya “Master”in loqoları olsun. Bununla yanaşı, saytın təhlükəsizliyinin göstəricisi olan “https” yazısı olsun. Ödəniş tələb edən saytlar təhlükəsizlik standartlaırna cavab verməlidir. Sadə şəkildə desək, yaşıl rəngdə qıfıl işarəsi olur”.

O vurğulayıb ki, son zamanlar vətəndaşların xarici alış-veriş saytlarından sifarişlərinin artması ilə kiberdələduzlar belə şəxsləri də özlərinə qurban seçirlər:

“Yayılmış dələduzluq formalarından biri də poçtdaşıma ilə bağlı fırıldaqdır. Vətəndaşlara "Azərpoçt"un adından mesajlar gəlir. Guya mal gəlib, amma anbarda qalıb. Bunun üçün isə ödəniş tələb olunur. Sayta keçib ödəniş etdikdə isə kart məlumatları oğurlanır. Ən çox "Azərpoçt"un adından istifadə olunur. Belə mesajlar olduqda mesaj gələn nömrəyə baxmaq lazımdır. Eyni zamanda "Azərpoçt"un özündən soruşmaq lazımdır. Digər bir fırıldaq növü isə banklarla bağlıdır. Bankların adlarından səhifələr açılır, sponsora qoyulur ki, vətəndaş cəlb olunsun. Sonra isə guya lotoreya təşkil olunur. Loterayada iştirak üçün isə vətəndaşdan pul alınır. Bu üsullar ən çox geniş yayılmış kiberdələduzluq üsullarıdır”.

Teqlər:

"Kartlardan pul o\u011furlayanlar\u0131n se\u00e7diyi 4 \u00fcsul hans\u0131d\u0131r?"

Əlaqəli Xəbərlər