Menyu

Su hövzələrində təhlükəsizlik məsələləri müzakirə olunub

Su hövzələrində təhlükəsizlik məsələləri müzakirə olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Muğan Regional Mərkəzi Neftçala rayonunda “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda birgə müşavirə keçiriblər.

"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, müşavirədə Neftçala Rayon İcra Hakimiyyətinin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, çimərlik operatorlarının, polis şöbəsinin, təcili tibbi yardım stansiyasının, gigiyena və epidemiologiya mərkəzinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak edib.

Tədbirdə sözügedən rayonda Xəzər dənizinin sahilində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə edilib.

Müşavirədə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar veriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər