Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir nəfər ifşa olunub
Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Daxilu İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Mercedes” markalı, 99-UH-107 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rəşad Həsənov DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən yoxlama-nəzarət qaydasında saxlanılıb.
DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, sənədlərin yoxlanılması zamanı sürücü R.Həsənovun hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı onun narkotik maddə qəbul etməsi müəyyən edilib.
R.Həsənovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Həsənov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.