Menyu

Bakıda avtomobil ustanın üzərinə aşıb

Nərmin Qocamanlı
Bakıda avtomobil ustanın üzərinə aşıb

Dekabrın 27-si saat 18 radələrində paytaxtın Xətai rayonu, Zığ şosesində yerləşən avtotəmir sexində usta işləyən 1968-ci il təvəllüdlü Ələddin Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Xətai rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, aparılmış araşdırma zamanı Ələddin Abbasovun sexdə təmir etdiyi avtomobilin aşması nəticəsində aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər