Menyu

Sabah 39 dərəcə isti olacaq

Nərmin Qocamanlı
Sabah 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 7-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, sabah cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55 % olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Teqlər:

"Sabah 39 d\u0259r\u0259c\u0259 isti olacaq"

Əlaqəli Xəbərlər