Menyu

Bakı sakininə qarşı quldurluq edən şəxs tutulub

Nərmin Qocamanlı
Bakı sakininə qarşı quldurluq edən şəxs tutulub
1 dəq oxu

Nəsimi rayonu ərazisində Bakı şəhər sakini M.İbiyevin pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.


DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Şahnəsib Ağayev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər