Menyu

Sabunçu 4 narkokuryerdən 7 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb

Nərmin Qocamanlı
Sabunçu 4 narkokuryerdən 7 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə paytaxt sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Akşin Rüstəmov, Vüqar Mehtiyev, Böyükağa Məmmədov və Nail Şükürov saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Onlardan 7 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılanlar narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə təyin olunan ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil ediblər. 
Həmçinin, Sabunçu RPİ NMB-nin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə 3 “Makarov” tapançası, 1 “Kalaşnikov” avtomatı, 4 daraq və 27 patron əməliyyat yolu ilə aşkarlanıb. 
Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı may ayında keçirilən tədbirlərlə 22 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər