Menyu

Füzuli rayonunda nöqsanlar aşkarlanan ət kəsimi məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb

Nərmin Qocamanlı
Füzuli rayonunda nöqsanlar aşkarlanan ət kəsimi məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Füzuli rayonu, Əhmədbəyli kəndində fəaliyyət göstərən ət kəsimi məntəqəsində yoxlama həyata keçirilib.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, məntəqənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, satışa təqdim edilən ətlərin müvafiq müşayiətedici sənədlərə malik olmadığı, işçi heyətin dövri tibbi müayinələrdən keçirilmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əlyuma çanaqlarının mövcud olmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, istifadə edilən alət və avadanlıqların təmizlənmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, məntəqənin fəaliyyəti məhdudlaşdırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər