http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanın yanğın təhlükəsi olan bölgələri açıqlanıb

06 İyun 2024 , 17:19
Azərbaycanın yanğın təhlükəsi olan bölgələri açıqlanıb

Azərbaycanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəriciləri açıqlanıb.

Bu barədə "Operativ Media"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan üzrə yanğın indeksi Ordubadda orta, Naxçıvan, Şərur, Şahbuz, Culfada isə yüksək yanğın təhlükəsi növünə çatıb.

Həmçinin yanğın indeksi Daşkəsən, Göygöldə kiçik, Gədəbəy, Gəncə, Ağdam, Tovuz, Tərtər, Şəmkir, Ağstafa, Naftalanda isə orta yanğın təhlükəsi növündədir.

Balakən-Şəki bölgəsi üzrə yanğın indeksi Qax, Qəbələ, Şəki, Balakən, Oğuz, Zaqatalada isə orta yanğın, Quba-Xaçmaz bölgəsi üzrə yanğın indeksi Şahdağda kiçik, Quba, Qusarda, Xızıda orta, Şabranda isə yüksək yanğın təhlükəsi növünə çatıb.

Eyni zamanda qeyd edilib ki, Dağlıq Şirvan üzrə Qobustan, İsmayıllı, Şamaxıda və Lənkəran-Astara bölgəsi Astara, Lənkəran, Lerik, Yardımlıda orta yanğın təhlükəsi var.

Bildirilib ki, iyunun 7-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

“Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur”, - deyə məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

Ötən il buraxılış imtahanı üzrə ən yüksək və ən aşağı göstəricilərin qeydə alındığı bölgələr açıqlanıb

Ötən il buraxılış imtahanı üzrə ən yüksək və ən aşağı göstəricilərin qeydə alındığı bölgələr açıqlanıb

Bakı metrosunun Bənövşəyi xəttində qatarların hərəkət qrafiki dəyişdirilir

Bakı metrosunun Bənövşəyi xəttində qatarların hərəkət qrafiki dəyişdirilir

XƏBƏR LENTİ
  • 17:40

    “Apple” Avropada süni intellekt xidmətlərinin istifadəyə verilməsini təxirə salıb
  • 17:31

    "Turan Tovuz" yeni transferini açıqladı
  • 17:23

    FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib
  • 17:09

    Ceyhun Bayramov Qırğızıstanının yeni təyin olunmuş səfirini qəbul edib
  • 17:00

    Ötən il buraxılış imtahanı üzrə ən yüksək və ən aşağı göstəricilərin qeydə alındığı bölgələr açıqlanıb
  • 16:49

    Dağıstanda terror aktı nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
  • 16:47

    Bakı metrosunun Bənövşəyi xəttində qatarların hərəkət qrafiki dəyişdirilir
  • 16:40

    Ötən il oxuyub yazmaqda çətinlik çəkən şagirdlərin sayı açıqlanıb
Menyu