http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

ANAMA və BQXK arasında mina təhlükəsi ilə mübarizə üzrə əməkdaşlıq müzakirə edilib

06 İyun 2024 , 17:25
ANAMA və BQXK arasında mina təhlükəsi ilə mübarizə üzrə əməkdaşlıq müzakirə edilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov Beynəlxalq Qızıl Xaç Komitəsinin Silah və partlayıcı sursatların yaratdığı təhlükələrlə mübarizə şöbəsinin rəhbəri Erik Tollefsen ilə görüş keçirib.

ANAMA-dan "Operativ Media"ya verilən məlumata görə, görüşdə, mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və minadan zərərçəkənlərə yardım, minaların ətraf mühitə təsirinin azaldılması məqsədilə istifadə olunan innovativ yanaşmalar, habelə ölkəmizdə mina fəaliyyətinin tədrisi üçün yaradilacaq Mükəmməllik Mərkəzinə dair fikir mübadiləsi aparılıb.
Erik Tollefsen Agentliyin fəaliyyətini yüksək qiymətləndirdiyini və bu sahədə bir çox ölkələrin Agentliyin təcrübəsindən yararlanmalı olduğunu vurğulayıb.

Qeyd edilib ki, Erik Tollefsen cari ilin 30-31 may tarixlərində ölkəmizdə keçirilmiş 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının müvafiq panel müzakirələrində “Mina təhlükəsi ilə mübarizə sahəsində texnoloji innovasiyalar: ətraf mühit problemləri" mövzusunda çıxış edib, mina probleminin aradan qaldırılmasının strateji və əməliyyat aspektləri barədə fikirlərini paylaşıb.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu