http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 14-cü iclası keçirilib

06 İyun 2024 , 17:35
Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 14-cü iclası keçirilib

İyunun 6-da Minskdə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenkonun sədrliyi ilə keçirilən iclasda iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər.

İclasda tərəflər Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildiriblər.

İki ölkə prezidentlərinin fəal siyasi dialoqu, sıx təmasları və birgə səyləri nəticəsində ikitərəfli əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olunub.

Bununla əlaqədar olaraq, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana son dövlət səfərinin əhəmiyyəti qeyd edilib.

İclasda tərəflər ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələləri müzakirə ediblər. Azərbaycanın azad edilmiş ərazilərində iqtisadi-ticari, investisiya, sənaye və aqrar sahələrdə, eləcə də təhsil və birgə fəaliyyət istiqamətlərində dövlət başçılarının razılaşma və tapşırıqlarının icrasına xüsusi diqqət yetirilib.

Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksi üzrə konstruktiv dialoqu davam etdirməyə hazırlıq ifadə ediblər.

İclasın yekunlarına əsasən, Əli Əhmədov və İqor Petrişenko Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının protokolunu, habelə iki ölkə arasında əməkdaşlığın inkişafı üzrə 2024-2025-ci illər üçün yenilənmiş yol xəritəsini imzalayıblar

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu