Menyu

Şirvanda narkotik dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Şirvanda narkotik dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüsal Muradov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, onun idarə etdiyi nəqliyyat vasitəsinə və yaşadığı ünvana baxış zamanı külli miqdarda  heroin və marixuana, eləcə də narkotik tərkibli həblər aşkarlanıb.

Araşdırmalar zamanı V.Muradovun narkotik vasitə və həbləri sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirdən aldığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər:

"\u015eirvanda narkotik d\u00f6vriyy\u0259si il\u0259 m\u0259\u015f\u011ful olan \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər