http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Xaricdə təhsil alanlar bəzi tələbələrin diplomları niyə tanınmır?

07 İyun 2024 , 12:20
Xaricdə təhsil alanlar bəzi tələbələrin diplomları niyə tanınmır?

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı may ayı üzrə 815 müraciətçinin 760-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

4 il xarici ölkələrdə təhsil alan tələbələrin diplomu niyə tanınmayıb?

“Operativ Media”ya açıqlama verən təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyir ki, tanınmamaya səbəb amillərdən ən birincisi tələbənin tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olmasıdır. 

“Digər səbəblərə misal olaraq, ekvivalenti olmayan ixtisasda təhsil almağı, akkreditasiyasız ali təhsil müəssisəsini bitirməyi, dövlət nümunəli olmayan diplomun almasını və təhsil formasını göstərmək olar. Ümumiyyətlə, xaricdə təhsil almış şəxslərin diplomlomlarının Azərbaycanda tanınması onlara ölkəmizdə işləmək və təhsilini davam etdirmək hüququ verir. Hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Amma bəzən bir sıra xarici universitetlərdə saxtakarlıq olur, tələbə oraya getmədən, dərsdə iştirak etmədən, imtahanda formal iştirak etməklə diplom ala bilirlər”.

Ekspertin sözlərinə görə, ən son dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik, hüquq və digər ixtisaslar üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan keçirilir.

“Burada tanınmanın xüsusilə iki növü barəsində söz açmaq yerinə düşərdi. Birincisi kvalifikasiyanın akademik tanınmasıdır ki, burada xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycanda təhsilin növbəti pilləsində təhsilini davam etdirmək hüququ verir. İkinci tanınma isə kvalifikasiyanın peşə tanınmasıdır ki, burada xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycanın Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsidir”.

Rizvan Fikrətoğlunun sözlərinə görə, hüquq, tibb və pedaqoji ixtisasların tanınması DİM-in keçirdiyi imtahanla baş tutur:

“İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur. İmtahandan uğur əldə etməyən şəxslərin diplomu tanınmadığı üçün onların ölkəmizdə təhsilini davam etdirməsi, eləcə də ixtisaslarına uyğun iş tapa bilmələri mümkün olmur”.

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu